Modern.az

Azərbaycanda pilot xanımın hansı səbəbdən öldüyü dəqiqləşib

Azərbaycanda pilot xanımın hansı səbəbdən öldüyü dəqiqləşib

14 Sentyabr 2016, 16:03

Avqustun 30-da 1 saylı şəhər xəstəxanasında Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu, 30 yaşlı Babayeva Dilarə Aydın qızının hansı səbəbdən öldüyü dəqiqləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Modern.az-a verilən məlumata görə, meyitin müayinəsi zamanı ağır ginekoloji xəstəlik olan preeklampsiyanın və beyinə qansızma aşkar olunub.

Məlumatda bildirilib ki, ölüm işində həkim səhlənkarlığının olub-olmaması bilinmir:

“Bu məqsədlə ekspertizanın aparılması Nəsimi rayon Prokurorluğu tərəfindən hələ təyin edilməyib. Həkim işinin araşdırılması bundan sonrakı mərhələdə təyin ediləcək”.

 İlkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub. D.Babayeva DSX-nın ilk qadın pilotu olub.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı