Modern.az

Azәrbaycan vәtәndaşlığına qәbul edilmiş 45 nəfər and içdi

Azәrbaycan vәtәndaşlığına qәbul edilmiş 45 nəfər and içdi

14 Sentyabr 2016, 18:03

Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul vә bәrpa edilmiş şәxslәrin sentyabrın 14-də Dövlәt Miqrasiya Xidmәtindә tәntәnәli andiçmә mәrasimi keçirilib.


Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә nәzәr salınıb. Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәrin Azәrbaycan vәtәndaşlığına qәbul  və bərpa edildiyi bildirilib. Bununla belә, bu müddәt әrzindә 61 min 473 şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.


Sonra vәtәndaşlığa qәbul edilmiş 45 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.


Andiçmә “Azәrbaycan Respublikasının vәtәndaşlığı haqqında Qanun”a 2014­-cü il 30 dekabr tarixdә әlavә edilmiş yeni mәzmunda 15­1­-ci maddәyә әsasәn keçirilir.


And içәn Azәrbaycan Respublikasının vәtәndaşı andın mәtnini imzalayır vә bu sәnәd Dövlәt Miqrasiya Xidmәtindә saxlanılır.

 
Tәdbir dövlәt himninin ifası ilә yekunlaşıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi