Modern.az

“Neftçi”ni yeni baş məşqçi çalışdıracaq

“Neftçi”ni yeni baş məşqçi çalışdıracaq

Aktual

14 Sentyabr 2016, 20:02

Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan “Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb. Modern.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.

 

Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır