Modern.az

Paytaxtda qəza iki piyadanın həyatına son qoyub

Paytaxtda qəza iki piyadanın həyatına son qoyub

14 Sentyabr 2016, 20:53

Paytaxtda baş verən yol qəzasında iki piyada dünyasını dəyişib. Modern.az saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə  istinadən xəbər verir ki, Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub.

 

Nəticədə, A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi