Modern.az

Tanınmış vəkil ailəsi ilə birgə dəm qazından zəhərlənib

Tanınmış vəkil ailəsi ilə birgə dəm qazından zəhərlənib

Təhsil

10 Fevral 2011, 20:14

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri, tanınmış vəkil İradə Cavadova ailə üzvləri ilə birlikdə dəm qazından zəhərlənib. Hadisə haqda musavat.com-a danışan İ.Cavadova bildirib ki, fevralın 9-da saat 22.00 radələrində bəlli olmayan yerdən yaşadığı mənzilə dəm qazı sızıb və nəticədə o ailə üzvləri ilə birlikdə dəm qazından zəhərlənib.

O, mənzilində təbii qazdan istifadə etdiyini də qeyd etdi. Zəhərlənmə zamanı onun və ailə üzvlərinin səhhətlərində ciddi problemlərin yarandığını deyən hüquq müdafiəçisi qeyd edib ki, qonşuluqda yaşayan həkimin ilkin tibbi yardım etməsi nəticəsində onlar sağ qalıblar və  bundan sonradan ora təcili yardım çağırılıb.
Hazırda səhhətində problemlərin olduğunu deyən İ.Cavadova paytaxtda belə halların tez-tez yarandığını deyərək aidiyyəti  qurumlara çağırış edib: “Qaz idarələri mənzillərə verilən qazın verilməsinə və tərkibinə diqqət yetirməlidirlər. Hərdən qaz mənzillərə çox təzyiqlə verilir. Bu səbəbdən də belə xoşagəlməz hallar baş verir. Bundan əlavə binaların bacaları illərlə təmizlənmir. Bunun nəticəsində də mənzillərə dəm qazı sızır. Ən azı həmin bacalar 3 ildən bir təmizlənməlidir. Amma binaların bacaları 15 ildir ki, təmizlənmir. Bütün bu hallar təhlükəlidir. Aidiyyəti qurumlar bu məsələdə məsuliyyətli olmağa çağırıram”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat