Modern.az

Hərbi məktəbdə yeni yeməkxana kompleksi istifadəyə verilib - FOTOLAR

Hərbi məktəbdə yeni yeməkxana kompleksi istifadəyə verilib - FOTOLAR

14 Sentyabr 2016, 22:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması, eləcə də yeni inşa edilən infrastruktur obyektinin açılışı ilə əlaqədar sentyabrın 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.  Müdafiə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

 

Müdafiə naziri müasir tədris avadanlıqları ilə təchiz edilmiş korpuslara, müxtəlif kafedralara və fənn kabinələrinə baxıb, yataqxana və digər inzibati binalarda olub.

Sonra Müdafiə naziri məktəbin komandanlığı, müəllim-professor heyəti və kursantlarla görüşüb.

 

Yeni tədris ilinin başlaması ilə əlaqədar şəxsi heyəti təbrik edən nazir ölkəmizdə təhsil sisteminin inkişafına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayaraq hərbi təhsilə ciddi diqqət yetirildiyini qeyd edib.

 

Silahlı Qüvvələrdə və xüsusən də hərbi təhsil müəssisələrində qısa müddətdə görülən işlərin sürətlə davam etdirildiyini vurğulayan general-polkovnik Z.Həsənov maddi-tədris bazasının imkanlarından geniş istifadə etməklə səhra təlim məşqlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, hərbi məktəbləri bitirən gənc zabitlərimizin hərbi bilikləri və bacarıqları döyüş zamanı istənilən tapşırığı uğurla yerinə yetirməyə cavab verməlidir.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən bütün hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində tikinti-quruculuq işlərinin davamı olaraq məktəb ərazisində inşa edilən müasir tipli yeməkxana kompleksinin açılış mərasimi də keçirilib.

 

Zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxanaya baş çəkən Müdafiə nazirinə məruzə olunub ki, şəxsi heyətin milli xörəklərdən ibarət keyfiyyətli qida ilə təmin olunması üçün burada hər cür şərait yaradılıb. Kursantların ilboyu təzə və yüksək kalorili tərəvəzlə qidalanması məqsədilə yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları birbaşa hərbi məktəbin anbarlarına çatdırılır. Yeməkxana binasında çörək və şirniyyat sexləri, ərzaq və əşya anbarları, qazanxana, digər xidməti otaqlar inşa edilib, işıqlandırma, havalandırma və istilik sistemi quraşdırılıb, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

 

Görüşün sonunda Müdafiə naziri gələcək zabit kadrların hazırlıq səviyyəsinin artırılması, nizam-intizamın və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində məktəbin rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir