Modern.az

GİZ jurnalistlər üçün növbəti seminar keçirib

GİZ jurnalistlər üçün növbəti seminar keçirib

14 Sentyabr 2016, 23:10

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində jurnalistlər üçün növbəti seminarını keçirib. Modern.az saytı xəbər verir ki, Nabran şəhərində “Gender hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda keçirilən seminar iki gün davam edib. Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin sədri Arzu Qədirova tərəfindən aparılan seminarda jurnalistlərə “Azərbaycanda gender bərabərliyinin tarixi metodoloji aspektləri” ilə bağlı məlumat verilib. Jurnalistlər, həmçinin, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, “Qadın əməyinin tətbiqi qadağan olunan işlər”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender amili mövzusunda məlumatlandırılıb. Seminar iştirakçılarına “Gender əsaslı məişət zorakılığı”, “Gender əsaslı məişət zorakılığı ilə mübarizədə KİV-in rolu” haqqında məlumat verilib. Seminar çərçivəsində həm də bu məsələlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, sonrakı mərhələdə  jurnalistlər arasında “Gender hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub