Modern.az

Prezident Naftalanda yeni obyektlərin açılışında iştirak edib

Prezident Naftalanda yeni obyektlərin açılışında iştirak edib

Təhsil

10 Fevral 2011, 20:57

Prezident İlham Əliyev ölkənin Qərb regionuna səfəri çərçivəsində fevralın 10-da Naftalan şəhərində də olub. Dövlət başçısı burada “Çinar Hotel və SPA Naftalan” kompleksinin, o cümlədən “Qaşaltı” sanatoriyasının açılışında iştirak edib.
Prezident “Çinar Hotel və SPA Naftalan” kompleksinin açılışından sonra Naftalan şəhər ictimaiyyətinin nümayəndələri və “Çinar Hotel və SPA Naftalan” kompleksinin kollektivi ilə görüşüb. Bu kompleksin bərpasının böyük məna daşıdığını qeyd edən dövlət başçısı bununla da Naftalan şəhərində yeni inkişaf dövrünün başlandığını bildirib. Bu il Azərbaycanda turizm ilinin elan olunduğunu deyən Prezident İlham Əliyev Bakı ilə yanaşı, bölgələrdə də turizmin inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edib. Naftalan neftinin unikal müalicəvi keyfiyyətindən danışan Prezident İlham Əliyev Naftalanın unikal gözəllik mərkəzinə çevrilməsinin vacibliyini bildiribi.
“Qaşaltı” sanatoriya kompleksinin açılışından sonra dövlət başçısına məlumat verilib ki, Naftalan şəhərində tikintisi davam etdirilən və layihəsi planlaşdırılan tikinti kompleksləri var. Bildirilib ki, Naftalan şəhərində Heydər Əliyev park kompleksinin yeni baş planı hazırlanıb. Kompleks ərazisində Naftalan şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi davam edir. Üçmərtəbəli binanın tikintisinə 2010-cu ilin noyabrında başlanıb. İnşaat işlərinin bu ilin iyul-avqust aylarında başa çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyevə tikintisi planlaşdırılan Heydər Əliyev Mərkəzinin texniki göstəriciləri barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, bu mərkəz Heydər Əliyev park kompleksində tikiləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat