Modern.az

Azərbaycanda 6 uşaqda bakterial meningit törədicisi aşkarlanıb

Azərbaycanda 6 uşaqda bakterial meningit törədicisi aşkarlanıb

Təhsil

11 Fevral 2011, 15:47

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin açıqladığı məlumata görə, 2010-cu ilin yanvar ayından başlayan, Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun dəstəyi ilə Azərbaycanda bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti müvəffəqiyyətlə davam etdirilir.
Epidemioloji nəzarətin təşkili Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasının və Ə.Qarayev adına 2 nömrəli Uşaq xəstəxanasının bazalarında təşkil edilib. Bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində təşkili üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında və Qarayev adına 2 nömrəli uşaq xəstəxanasının müvafiq şöbəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb, müasir avadanlıqlar alınıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bu sahədə fəaliyyət göstərən mütəxəssisləri Ümumdünya Səhiyyə Təşkilatının Regional referens laboratoriyasında əlavə təlim keçiblər.
2010-cu il ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında 50 nəfər 5 yaşa qədər uşaqdan götürülmüş onurğa beyni mayesi laboratoriya müayinəsindən keçirilib, 6 uşaqda bakterial meningitin törədiciləri aşkar edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat