Daşkəsən rayonundakı Filizsaflaşdırma Kombinatında ölüm hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, kombinatda fəhləlik edən Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Lətif Əlirzayev bunkerdən boşalan xammalın altında qalıb.
Daşkəsən rayon Prokurorluğundan verilən məlumata görə, 41 yaşlı Lətif Əlirzayev bunker boşalanda yıxılıb və nəticədə konsentratın onun üstünə tökülməsi zamanı fəhlənin bir neçə dəqiqə havasız şəraitdə qalmasına səbəb olub. Və ölüm baş verib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb.
Xaliq Qurbanov