Bu gün Müdafiə Naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie, İqor Papov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı fakir mübadiləsi aparılıb.
Nzir Səfər Əbiyev bildirib ki, Minsk qrupunun fəaliyyəti konkret nəticə verməsə də, Azərbaycan bu missiyaya ümidlərimizi hələlik itirməyib.
Münaqişənin həllində səylərin birləşdirilməsinə üstünlük verdiyini qeyd edən nazir Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini və sülh variantının yalnız bu kontekstdə baş tuta biləcəyini birmənalı olaraq Minsk qurupunun diqqətinə çatdırıb.
S.Əbiyev deyib ki, Azərbaycan torpaqların işğaldan azad edilməsi üçün ciddi hazırlıqlar görür. Nazir bildirib ki, bu cür situasiyalarda bütün dövlətlər eyni cür hərəkət edərdi. Azərbaycanı heç kim bu məsələdə günahlandıra bilməz.
Modern.az