Modern.az

Mədəniyət telekanalının rəhbəri təyin edildi

Mədəniyət telekanalının rəhbəri təyin edildi

11 Fevral 2011, 17:26

Modern.az saytının xəbər veridiyi kimi, fevralın 14-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Mədəniyyət telekanalının açılışı olacaq. Qeyd edək ki, həmin tarix həm də AzTV-nin ad günüdür.
Nəhayət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyətə başlayacaq Mədəniyyət telekanalının rəhbəri məlum oldu. Bu barədə Modern.az saytına teleşirkətin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib.
X.Qasımova bildirib ki, Mədəniyyət tlekanalının baş direktoru vəzifəsinə kinorejissor Cəmil Quliyev təyin elilib.

C.Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filimin, “Mozalan” satirik jurnalının bədii sujetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.
Cəmil Quliyev professor Elşad Quliyevin oğludur. Elşad Quliyev vaxtilə AzTV-nin rəhbəri postunda çalışıb.

Mədəniyyət kanalının direktor müavinləri tanınmış mədəniyyət xadimi Nadir Axundov və teatrşünas İlham Rəhimlidir.  

N.Axundov saytımıza bildirib ki, kanal saat 12.00-dan saat 02.00-dək fəaliyyət göstərəcək...

Mədəniyyət kanalının proqram direktoru vəzifəsinə Fuad Vəlixanov təyin edilib. Kanalın bütün strukturları artıq formalaşıb. Yaradıcı heyət formalaşıb.

"İlk verilişimiz Muğam Müsabiqəsinin açılışı olacaq. İlk yayımlarımız gündüz saat 12.00-dan gecə saat 02.00-dək davam edəcək. Bir ildən sonra 24 saatlıq yayım rejiminə keçəcəyik.  Hazırlıq dövründə telekanalda hansı layihələrin verilməsi müzakirə olunub.
Mədəniyyət telekanalı  respublikanın bütün rayonlarına yayılacaq. Tamaşaçılar bizi Azərbaycanın istənilən yerində rahat izləyə biləcəklər. Həmçinin Türkiyə, İran və Rusiyada da bizə baxa biləcəklər. Verilişlərimizin hamısı hazırdır. Bir sözlə, biz telekanalın açılışını səbirsizliklə gözləyirik”.

Anar Rüstəmov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı