Modern.az

Əlcəzairdə də mitinqlər başladı

Əlcəzairdə də mitinqlər başladı

12 Fevral 2011, 17:19

Tunisdə və Misirdə baş verən inqilablardan sonra Əlcəzair paytaxtında da nümayişlər başlayıb. 20 mindən çox iğtişaşçı küçələrə çıxıb. Onlar demokratiya uğrunda mitinq keçirdiklərini bəyan ediblər.
Modern.az BBC-yə istinadən xəbər verir ki, paytaxtın mərkəzində minlərlə adam hökumət əleyhinə şüarlar qışqırır. Onlar daha yaxşı həyat şəraiti və azadlıqlar tələb edirlər.

 

İnsan haqları qruplarından biri özünün onlarla fəalının həbs edildiyini xəbər verib.

 

Polis şəhərin mərkəzində zirehli maşınlar və suatanlar yerləşdirib.

 

Avtobuslarla şəhərə daha çox nümayişçinin gətirilməsinin qarşısını almaq üçün yollar bağlanıb.

 

Küçələrdə prezident Əbdeləziz Buteflikanın da tərəfdarları nümayiş keçirirlər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir