Modern.az

“İsgəndər” raketləri Azərbaycana qarşı istifadə oluna bilər” – Hərbi ekspert

“İsgəndər” raketləri Azərbaycana qarşı istifadə oluna bilər” – Hərbi ekspert

Hadisə

20 Sentyabr 2016, 11:48

“İsgəndər” raket kompleksi hər  bir silah kimi qorxu və təhlükə yaradır. Amma bizim cəmiyyətdə heç bir mənfi təsir yaratmağı hiss olunmur. Çünki bu raketin təhlükəsi o qədər də yüksək deyil. Amma bu raketlərdən Azərbaycana qarşı istifadə oluna bilər”.

Bu sözləri Modern.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə  deyib.

 

Ekspert deyir ki, həmin tipli raketlərdən bizim ordumuzda da var.

“ Biz də raketlərimizdən Ermənistan ordusuna qarşı istifadə edə bilərik. Bunu ermənilər də çox yaxşı bilirlər. İskəndər raket kompleksi maksimum 300 kilometri vurur. Ermənilər Bakını vurmaq üçün bu raket  kompleksini Qarabağda yerləşdirməlidirlər. Əks halda Bakını  vura bilməzlər. Amma biz Naxçıvandan Ermənistanın paytaxtın darmadağın edə bilərik”.

 

 Azad İsazadənin fikrincə ,Qarabağ döyüşlərində də belə bir raketdən istifadə olunmayacaq.

“Çünki İskəndər raketinin məqsədi və funksiyası fərqlidir. Ona görə də belə ağır silah formaları daha çox təziq və nümayiş formasını daşıyır. Çünki desinlər ki, bizdə belə bir silah var. Gəlməyin üstümüzə. Bu İskəndər raketi gələcəkdə nə Azərbaycana nə də ordumuza heç bir təsir edə bilməyəcək”.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar