Modern.az

"Bakı Ağ şəhər"də 3 metro stansiyası tikiləcək

"Bakı Ağ şəhər"də 3 metro stansiyası tikiləcək

Hadisə

22 Sentyabr 2016, 10:21

Bakıda "Ağ şəhər" ərazisində 3 metro stansiyası tikiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

Onun sözlərinə görə, Metropolitenin Konseptual inkişaf Sxeminə əsasən "Yaşıl xətt"in davamı olaraq tikilməli olan 3 stansiya həmin əraziyə düşür: "Stansiyalar metronun "Xətai" stansiyası ilə tikilməkdə olan "Həzi Aslanov-2" stansiyaları arasında, Nobel prospekti boyunca olacaq. Stansiyaların şərti adları Y14, Y15 və Y16-dır. Hazırda Y-15 stansiyasında tunel tikintisini həyata keçirmək üçün hazırlıq işləri görülür".

  

 

Modern.az         

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir