Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 13-də qeydə alınıb. İstintaq Təcridxanasında saxlanılan Şəmkir rayon sakini 1978-ci il təvəllüdlü İbrahimov Çərkəz Süleyman oğlu özünü sintetik kəndirlə asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ç.İbrahimov ötən il dekabrın 1-də Şəmkir rayonun Dəllər Cəyir kəndində kiçik qardaşı Elsevəri öldürdüyünə görə həbs edilib. O, özündən 4 yaş kiçik qardaşını ürək nahiyəsindən vurduğu bıçaq zərbəsi ilə öldürüb.
Xaliq Qurbanov
Gəncə