Modern.az

Qaçqın və məcburi köçkünlərin problemləri

Qaçqın və məcburi köçkünlərin problemləri

Qarabağ

30 Oktyabr 2009, 19:22

"Şərq" qəzeti "Qaçqın və məcburi köçkünlərin problemlərinin öyrənilməsi və işıqlandırılması" layihəsinin icrasını davam etdirir. Modern.az-a verilən məlumata görə, artıq layihənin icrasının ilk iki ayına yekun vurulub. Layihə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti hesabına həyata keçirilir. Layihənin məqsədi qaçqın və məcburi köçkünlərin sosial durumunun öyrənilməsi, onların üzləşdikləri problemlərin araşdırılması, müəyyənləşdirilmiş faktların dövlət strukturlarının nəzərinə çatdırılması, həmçinin 1 milyon insanın Ermənistanın işğalçı siyasətinin qurbanına çevrilməsini beynəlxalq aləmə, diplomatik korpuslara çatdırmaqdan ibarətdir.

İlk iki ayda layihənin fəaliyyət planında bu müddət üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Sentyabrın birinci 15 günlüyündə layihənin icrası üçün hazırıq mərhələsi həyata keçirilib. Sentyabrın ikinci yarısında isə "Şərq" qəzetinin əməkdaşları qaçqın və məcburi köçkünlərin kampakt şəkildə məskunlaşdıqları rayonlarda olublar. Bu müddət ərzində qəzet əməkdaşları Sabirabad rayonundakı Şəhriyar fin şəhərciyində, Saatlı rayonundakı Cəbrmahmudlu qaçqın qəsəbəsində, Əlsoltanlı fin şəhərciyində və İmişli rayonu ərazisində yerləşən 1 saylı qaçqın şəhərciyində olaraq adıçəkilən rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin problemləri ilə maraqlanıblar. Jurnalist səfərinin nəticəsi olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən reportajlar "Şərq" qəzetində dərc olunub.

Oktyabrda isə qəzet əməkdaşları layihə çərçivəsində Bakı şəhərində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binalara baş çəkərək onların problemləri ilə maraqlanıblar. Bu ay ərzində "Şərq" qəzetinin müxbirləri Binəqədi rayonunun Dərnəgül qəsəbəsi Səttar Bəhlulzadə küçəsində yerləşən bir neçə tələbə yataqxanasına, Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin tələbə yataqxanasına və Bakı Rabitə Kollecinin tələbə yataqxanasına baş çəkərək orada məskunlaşan qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olublar. Bunun nəticəsi olaraq "Şərq" qəzetində reportajlar dərc olunub.

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi