Modern.az

Arif Rəhimzadədən referendum AÇIQLAMASI

Arif Rəhimzadədən referendum AÇIQLAMASI

23 Sentyabr 2016, 14:36

 

Sentyabrın 26-da ölkədə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üçün  ümumxalq səsverməsi (referendum) keçiriləcək. Təbliğat-təşviqat kampaniyası davam edir. Milli Məclisin deputatları seçildikləri dairələrdə müntəzəm olaraq görüşlər keçirir.

 

Parlamentin Regional məsələlər komitəsinin sədri  Arif Rəhimzadə Modern.az-a açıqlamasında  referendumla bağlı  fikirlərini bölüşüb.

 

“Sentyabrın 26-da keçiriləcək olan referenduma çox qısa vaxt qalır. Ümumilikdə deyə bilərəm ki, ölkədə referendumun keçirilməsi əlamətdar hadisədir”-deyə o bildirib.

Deputatın fikrincə, suveren hüquqa malik olan dövlət üçün referendumun baş tutması  ən böyük zəfərlərdən biridir.

 

O hesab edir ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi  bu gün və gələcəyə yönəlmiş məsələlərdir.

 

“Ola bilsin ki, biz bu gün bu proseslərin vacibliyini hiss etmirik. Amma, həyat və proseslər onu göstərir ki, referendumun keçirilməsinə ehtiyac var. Bu, siyasi baxımdan düşünülmüş qərardır”.

 

Komitə sədri insanların aktivliyini də qeyd edib.

“Bir məsələni xüsusilə qeyd etmək istərdim. Referendum öncəsi təbliğat-təşviqat kampaniyasında iştirak edirəm. İnsanların aktivliyini müşahidə etməmək qeyri-mümkündür”.

 

Namidə BİNGÖL                                      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi