Modern.az

Dünyanın iqtisadi cəhətdən 2-ci güclü dövləti rəsmən élan olunub

Dünyanın iqtisadi cəhətdən 2-ci güclü dövləti rəsmən élan olunub

14 Fevral 2011, 19:18

Çin Yaponiyanı keçərək rəsmi şəkildə dünyanın ikinçi ən böyük iqtisadiyyatına sahib ölkə olub. Modern.az-ın xarici məbuata istinadən verdiyi xəbərə görə, Yaponiyanın keçənilki ümumi daxili məhsulunun həcmi açıqlanıb. 2010 –cu ildə Yapiniyanın daxili məhsulunun həcmi 3,9% ataraq 5,74 trilyon dollar olub. Çinin bu sahədə göstəriçisinin isə 5,80 trilyon dollar olduğu bildirilib. Yaponiya 1968-çi ildən bu günə qədər dünyanın ikinci böyük iqtisadiyyatına sahib ölkə imicini qoruyurdu.

Tokionun son məlumatına görə, Yaponiya iqtisadiyyatı 2010-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1%, əvvəlki illə müqayisədə isə 0,3 % zəifləyib.

Hazırkı inkişaf tempini nəzərə alsaq, ilk ehtimala görə, gələcək 10 il içində, ikinçi ehtimala görə isə 2020-2030-cu illər arasında Çinin ABŞ iqtisadiyyatını də keçərək dünyanın ən böyük iqtisadiyyatına malik ölkə olması gözlənilir.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər