Modern.az

"Donuz qripi" Ukraynada məktəblərin bağlanmasına səbəb oldu

"Donuz qripi" Ukraynada məktəblərin bağlanmasına səbəb oldu

Dünya

30 Oktyabr 2009, 19:40

Ukraynada hökümət "donuz qripi" təhlükəsi ilə bağlı məktəbləri bağlayıb. Bu ölkədə üç həftə bütün ictimai tədbirlərin keçirilməsi təxirə salınıb. Hökumət bu yolla Ukraynada "donuz qripi" virusunun yayılma ehtimallarının qarşısını alacağını düşünür.Ukraynanın baş naziri Yuliya Timoşenko ölkə mətbuatına deyib ki, bu yasaq habelə konsertlər kimi tədbirlərə də şamil edilir. Onun sözlərinə görə, ölkədə bütün kinoteatrlar bağlanmalıdır.
Yuliya Timoşenko əlavə edib ki, Ukraynanın ayrı-ayrı hissələri arasında gediş-gəlişlərə də məhdudiyyətlər qoyulacaq. Hökümətin bu tədbirləri Səhiyyə Nazirliyinin "donuz qripi" virusnunun H1N1 növündən Ukraynada ilk ölüm halını təsdiqləməsindən sonra elan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir