Modern.az

Ənvər Paşanın nəvəsi Nuru Paşanın qəbirüstü abidəsinin açılışından imtina etdi – EKSKLÜZİV

Ənvər Paşanın nəvəsi Nuru Paşanın qəbirüstü abidəsinin açılışından imtina etdi – EKSKLÜZİV

24 Sentyabr 2016, 11:16

Xəbər verdiyimiz kimi, 28 sentyabrda İstanbuldakı Ədirnəkapı xiyabanında Nuru Paşanın (Nuri Killigil) məzar kompleksinin açılışı olacaq.

 

Bakını erməni-daşnaklardan azad edən Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşanın varisi olan və hazırda Türkiyədə yaşayan Osman Mayatepek açılış mərasiminə qatılmayacaq.

 

Bunu Modern.az saytına açıqlamasında Nuru Paşanın qardaşı olan Ənvər Paşanın nəvəsi Osman Mayatepek özü deyib.

 

O məzar kompleksinin açılış mərasiminə qatılmacağına belə aydınlıq gətirib:

“Nuru Paşanın qəbirüstü abidəsinin açılış mərasimində iştirak etməyəcəm. Əslində məni bu tədbirin təşkilatçıları çox heyrətləndirdilər.

 

Birincisi, Ənvər Paşa, Nuru Paşa Türkiyə tarixində, Türk dünyası tarixində vacib, önəmli şəxslər olublar. Ancaq hesab edirəm ki, bu təşkilatçılar açılış mərasimini onlara layiq olan şəkildə keçirmirlər.

Bu nəslin yeganə davamçısı mənəm. Təşkilatçılar isə tədbirin keçirilmə tarixini mənə dünən dedilər. Bu məsələni öz fəaliyyət şəklində keçirmək olmaz”.

 

Nuru Paşanın varisi bu cür təşkilatçılığın rəzalət olduğunu deyib:

“ Çox danışmaq istəmirəm. Sadəcə olaraq, zəhməti keçənlərər təşəkkürümü bildirirəm. Və bəyan edirəm ki, mən o toplantıda iştirak etməyəcəm. Təşkilatçılar kimlərdirsə, bilmirəm. Sadəcə onlar tam bir rəzalət etdilər”.

 

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı