Modern.az

Yağış dünyaya romantika, Bakıya, Abşerona fəlakət gətirir...

Yağış dünyaya romantika, Bakıya, Abşerona fəlakət gətirir...

24 Sentyabr 2016, 16:51

Çoxları düşünür ki, yağış romantika simvoludur. Bəlkə də elədir...Yağış yağır, qəlblərdəki kin-küdurəti yuyub aparır, ürəklərə bir sərinlik gətirir.

 

Bəlkə də heç elə deyil... Axı yağış qazılmış, atlı üstünə çevrilmiş yollarda, küçədən keçəndə palçıqla qarşılaşanda necə gözəl olsun ki...

 

Düzdür, Bakı çox gözəlləşib. Bəs yağış necə Bakıya yaraşırmı? Yox əşşii o qədər də yaraşmır...

 

Axı necə yaraşsın ki, bu yağış gələn kimi dindirirsən deyir ki, bu yağışda,palçıqda necə olacam... Şəhərdə ha...

 

Hələ Abşeron rayonunu demirik. Kanalizasiyası olmayan yerlər kimi bu rayon da yağışdan zövq yox, əziyyət çəkir.

 

Düz iki gündür ki, Abşeronda insanlar su içindədirlər. Həyət evinin az qala “dadını” çıxarırlar. Belə vəziyyət gözəl, göyçək evləri o qədər yazıq, eybəcər göstərir ki...

 

Adama deməzlər bir ev tikəndə onun infrastrukturuna fikir verirsinizmi? Bilmirsiniz ki, Abşeronda kanalizasiya sistemi sıfır həddindədir.

Çox yerlər belədir.

 Amma onlarla müqayisədə Abşeronun vəziyyəti ağlamalıdır. Amma yox, ağlamayın. Ağlasanız, göz yaşları Abşeronu su altında qoyacaq...

 Abşeronda yağış yağan kimi işıqlar da kəsilir. İşıq kəsildi, Vəssalam! Kollektorlar işləmir. Bundan sonra adamların qara günü başlayır. 

 Məsələn, Bakı Sumqayıt şosesinin Ceyranbatan su anbarına yaxın hissəsində qazılmış yol kimi.. Neçə aylardır qazdılar, qazdılar deyəsən nəsə qızıl falan da çıxmadı...

 

İndi də bilinmir ki, nə düşünürlər... Yəqin qərara gəliblər ki, həmin eninə və dərinliyinə qazılmış yolda hovuz düzəltisnlər. Bəlkə də elə balıq da alıb ora buraxmağı qərarlaşdırıblar...

 

Hələ Bakının mərkəzindəki kələ-kötür yollarda maşınların sürətlə şütüdükləri anda qız, oğlan cavan qocaların onları ürəklərində yad etmələri də var...

 

Paytaxtda 20 Yanvar ərazisi də yağış da bir başqa cür gözəl olur... Bu gözəllik avtobuslardan düşüb metroya girmək istəyənlərin üst başına baxanda daha da əsrarəngiz görsənir..

 

Bəlkə də elə yağış Bakıya belə daha da gözəl yaraşır. Əgər belə olmasaydı nədən hiss edəcəkdik ki, artıq payız da gəlib...

 

Sən demə Bakının abrını elə yay örtürmüş. Payız gələn kimi Bakı özünü yenə islatdı. Abrın örtülsün, Bakı...Abşeron...

 

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir