Modern.az

Bahəddin Həziyev: "“Bizim yol” bütün isntansiyalara şikayət edəcək”

Bahəddin Həziyev: "“Bizim yol” bütün isntansiyalara şikayət edəcək”

Media

15 Fevral 2011, 12:10

Bu barədə Modern.az saytına “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev əməkdaşı Ramid İbrahimovun döyülməsi ilə bağlı faktı şərh edərkən bildirib. Onun sözlərinə görə, jurnalist R.İbrahimov Prezident Administrasiyasının qarşısında keçirilən etiraz piketindən reportaj hazırlayarkən mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb.

“Əməkdaşımız xəsarət alıb, hazırda səhhətində ciddi narahatçılıqlar var. Amma buna baxmayaraq o, öz işini davam etdirir”.

Baş verən hadisə ilə bağlı baş redaktor şikayət edəcəklərini bildirib: “Ramid İbrahimovun döyülməsi ilə bağlı biz hüquq mühafizə orqanlqarına, yerli hüquq müdafiə təşkilatlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət etməyi fikirləşirik. Kim bu işlə məşğudursa, biz onlara müraciət edəcəyik”.

Qeyd edək ki, hadisə fevralın 12-də “Mur-ay” MMC-nin aldatdığı adamların Prezident Administrasiyasının qarşısında etiraz aksiyası zamanı baş verib. Mülki geyimli şəxslər müxbirə təzyiq göstərib və fotoaparatı əlindən alaraq çəkdiyi şəkilləri pozublar.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır