Modern.az

AŞPA missiyasının rəhbəri: “Seçki məntəqələrində aktivlik müşahidə olunur"

AŞPA missiyasının rəhbəri: “Seçki məntəqələrində aktivlik müşahidə olunur"

Aktual

26 Sentyabr 2016, 10:23

"Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub. Səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar var. Seçki məntəqələrinin açılandan aktivlik müşahidə olunur".

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında referendumun gedişini müşahidə edən AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin rəhbəri Şteffan Şennax jurnalistlərə açıqlamasında deyib.

Ş.Şennax deyib ki, onlar Bakının mərkəzində bir neçə seçki məntəqəsində olublar və şəhər ətrafındakı məntəqələrdə də olmağı planlaşdırırlar.

Ş.Şennax artıq 29 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır