Modern.az

Britaniyalı deputat referendumun gedişinə qiymət verdi

Britaniyalı deputat referendumun gedişinə qiymət verdi

26 Sentyabr 2016, 11:51

“Seçki məntəqələrində seçiçilərin sayının getdikcə artdığını görürük”.

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında  Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib.

D.Morrisin sözlərinə görə, olduqları seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmayıblar.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda keçirilən seçki çox yaxşı planlaşdırılıb:

“Seçkinin təşkili bizdə çox xoş təəssürat yaradır. Seçici fəallığı artır".

Artıq 5 seçki məntəqəsində seçki prosesini izlədiyini deyən D.Evans bildirib ki, indiyədək məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlinməyib. Bütün prosedurlar qanuna uyğun şəkildə icra edilir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər