Modern.az

Baş katibdən referendum AÇIQLAMASI

Baş katibdən referendum AÇIQLAMASI

26 Sentyabr 2016, 13:16

Azərbaycan xalqı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır.

 

Bunu Trend-ə Bakıda referendumun gedişini izləyən TürkPA-nın baş katibi Jandos Asanov deyib.

Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilir.

 

J.Asanov qeyd edib ki, TürkPA-nın müşahidə missiyası axşam saatlarında səsvermənin hesablanması prosesini müşahidə edəcək və o zaman seçicilərin aktivliyi barədə yekun nəticə vermək mümkün olacaq.

 

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir.

Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi