Modern.az

Saakaşvilinin Azərbaycana konfederasiya, Ermənistana Qafqaz birliyi təklifi...

Saakaşvilinin Azərbaycana konfederasiya, Ermənistana Qafqaz birliyi təklifi...

Təhsil

15 Fevral 2011, 15:06

Azərbaycanlı tarixçinin şərhi

“ Qafqaz birliyinin yaradılmasında Ermənistanla hər hansı əlaqədən söhbət gedə bilməz”. Bu barədə millət vəkili Musa Qasımlı Modern.az saytına Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistanda olarkən irəli sürdüyü Qafqaz Birliyinin yaradılmasına dair təklifini şərh edərkən bildirib. Onun sözlərinə görə, bir neçə il öncə Gürcüstan prezidenti M.Saakaşvili Azərbaycanla konfederasiya yaradılması təklifini də irəli sürmüşdü.

Deputat deyib ki, Saakaşvilinin belə bir təklif irəli sürməsi müxtəlif amillərlə bağlıdır: “Qeyd etmək istərdim ki, Qafqaz Birliyinin yaradılması ilə bağlı ideya yeni deyil.

Bu ideya əsrin əvvəllərində də diqqət mərkəzində olub. Ümumi Qafqaz respublikaları sovet işğalı nəticəsində dövlət müstəqilliklərini itirdikdən sonra, xarici ölkələrdə yaşayan Cəbuni Qafqaz mühacirləri arasında da bu məsələlər mürzakirə edilirdi”.

Millət vəkili onu da bildirib ki, Qazfqazda sərhədlərin tanınması, əməkdaşlıq əlaqələrin qurulması Avropa Birliyinin də əsas prioritet məsələlərindəndir: “Bu baxımdan Cənubi Qafqaz respublikaları arasında iqtisadi əməkdaşlığın qurulmasında Azərbaycan tərəfindən heç bir problem yoxdur.

Bütün bu problemləri yaradan Ermənistandır. Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməyincə bu porblemlərin həlli istiqamətində və eləcə də Ermənistanla hər hansı əlaqələrin qurulmasından söhbət gedə bilməz. İlk növbədə Ermənistan yürütdüyü işğalçı siyasətdən əl çəkməlidir”.

M.Qasımlı daha sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə toxunub: “Konkret olaraq, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından ötrü, Ermənistan uydurma soyqırımdan, böyük ərazi iddialarından və tələblərindən əl çəkməlidir. Azərbaycanla sərhədlərin açılması üçünsə Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, məcburi köçkünlər öz yerlərinə qayıtmalı, Naxçıvanın blokada vəziyyətinə son qoymalıdır”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat