Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci il Azərbaycan Respublikasında “Turizm ili” elan edilsin.
Nazirlər Kabineti 2011-ci ilin Azərbaycan Respublikasında “Turizm ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Prezidentinə təqdim etməlidir.
Modern.az