Modern.az

Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru işdən çıxarılıb

Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru işdən çıxarılıb

Təhsil

16 Fevral 2011, 10:52

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev tutduğu vəzifəsindən azad edilib.

Bu barədə “Anspress”ə SAM-ın mətbuat xidmətinin rəhbəri Anar Məmmədov deyib. O bildirib ki, Elxan Nuriyev prezident İlham Əliyevin 21 yanvar tarixli sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.
Anar Hüseynovun sözlərinə görə, mərkəzə yeni direktor təyin edilməyib.

Xatırladaq ki, Elxan Nuriyev prezident İlham Əliyevin sərəncamına əsasən 2008-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat