Modern.az

Ukrayna dilində “Xocalı – zamanın silə bilmədiyi yaddaş”

Ukrayna dilində “Xocalı – zamanın silə bilmədiyi yaddaş”

Təhsil

16 Fevral 2011, 11:27


Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatı tərəfindən ukrayna dilində “Xocalı – zamanın silə bilmədiyi yaddaş” adlı informasiya bülleteni işıq üzü görüb.
Görkəmli dövlət xadimi Heydər Əliyevin soyqırımla bağlı fikirləri ilə başlayan bülletendə Ermənistanın uzun illər boyu Azərbaycana qarşı xəyanətkar siyasət yeritməsindən, ermənilərin amansız və vəhşicəsinə təcaüzü nəticəsində yüzlərlə dinc sakinin qətlə yetirildiyi Xocalı faciəsindən, faciənin törətdiyi fəsadlardan ətraflı söhbət açılır. Bununla yanaşı bülletendə Xocalı soyqırımı ilə bağlı xarici ölkələrin kütləvi informasiya vasitələrində gedən materialların xülasəsi də oxucuların diqqətinə çatdırılır. Nəfis tərtibatda çap olunan informasiya bülletenində Xocalı soyqırımını əks etdirən fotoşəkillər də yerləşdirilib. Layihənin rəhbəri, “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının prezidenti, hüquq elmləri namizədi Hikmət Cavadov bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rəhbərlik etdiyi qurum bu gündən sonra da bu sahədə fəaliyyətini daha da gücləndirəcək. “Xocalı – zamanın silə bilmədiyi yaddaş” informasiya bülleteninin məsul redaktoru Dmitri Kulubaba, müəllifi isə Azər Qardaşlıdır.

Azər Qardaşlı
Kiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat