Jurnalistləri Müdafiə Komitəsi (JMK) yeni hesabatını açıqlayıb. Modern.az verdiyi xəbərə görə, JMK-nin yeni hesabatında 2010-cu ildə 44 jurnalisin qətlə yetirildiyi, 145 jurnalistin isə həbs olunduğunu bildirilib.
Komitənin idarə heyətinin rəhbəri Jeol Simon və köməkçiləri tərəfindən BMT-də təqdim edilən “2010-cu ildə jurnalistlərə hüçümlar” adlı hesabatda göstərilib ki, dünyada beynəlxalq və yerli təşkilatların işi jurnalistləri müdafiə etmək üçün yetərli deyil.
Hesabatda 100 ölkənin mediası və jurnalistlərin vəziyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Jeol Simon keçən ildə dünyada 44 jurnalistin öldürüldüyünü, bu faktın ən çox Pakistanda qeydə alındığını bildirib. Simon eyni zamanda 1996 –cı ildən bu günə qədər ilk dəfə belə çox jurnalistin həbs olunduğunu da bildirib. 2010-cu ildə həbs olunan 145 jurnalstin 34-ü Çində, 34-ü İranda həbs olunub.
Bu iki ölkəni Eritreya, Myanma və Özbəkistanın izlədiyini deyən Simon, Kubada 17 jurnalistin həbsdən azad olunmasının yaxşı xəbər oduğunu bildirib.
Simon bu həbs olunan jurnalistlərin çoxunun internet jurnalistikası ilə məşğul olduğunu və internet jurnalistərinin də qorunmasının vacib şrt olduğunu bildirib.
Misirdə baş verən proseslər nətiçəsində 52 jurnalistin hüçüma məruz qaldığı, 76 jurnalistin isə həbs olunduğunu bildirən Simon daha sonra bu jurnalistlərin azad olunduğunu da bildirib.
Modern.az