Modern.az

Liviya və Bəhreyndə də nümayişlər ara vermir

Liviya və Bəhreyndə də nümayişlər ara vermir

Dünya

16 Fevral 2011, 14:06

Misir və Tunisdən sonra ərəb ölkələrində geniş miqyas alan etiraz aksiyaları səngimək bilmir. Bu dəfə Liviyada da geniş xalq kütləsi hökumət əleyhinə küçələrə çıxıb. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, aksiyalarda iştirakçılarla polis arasında qarşıdurmalar baş verib. Prezident Muəmmər Qəddafini istefaya çağıran nümayiş işritakçıları yerli polisin sərt reaksiyası ilə qarşılaşıb. Liviyanın Benqazi şəhərində baş verən aksiyalarda yüzlərlə insanın iştirak etdiyi bildirilib.

Odlu silah və bəzi kəsici alətlərlə silahlanan etirazçılarla polis arasında atışma da qeydə alınıb. İlkin məlumatlara görə, baş verən qarşıdurmada 10 polis və 14 isə nümayişçi müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bəhreyinin paytaxtı Manamadakı İnci Meydanında səhəri açan aksiyaçılar, ölkədə siyasi islahatların aparılması tələbi ilə etirazları üçüncü gün də davam edirlər.

Minlərlə aksiyaçı gecəni meydanda qurduqları çadırlarda keçirib. Bəziləri isə dünənki nümayişdə polislə yaranan qarşıdurmada ölən adamın  dəfn mərasimdə iştirak etmək üçün səhər meydandan ayrılıb.

ABŞ-ın Xarici İşlər Nazirliyi rəsmisi Filip Crouley də Bəhreyndəki etiraz aksiyalarında iki nəfərin ölməsindən narahat olduqlarını bildirib.
Sünni xanədanın idarə etdiyi, əhalinin əksəriyyətinin şiə olduğu, ABŞ-ın 5-ci Filosuna ev sahibliyi edən Körfəz krallığında nümayişçilər 1971-dən bu yana vəzifədə olan baş nazir Şeyx Xəlifə ibn Sallah əl Xəlifənin istefasını, siyasi məhbusların azad edilməsini və yeni konstitusiyanın qəbulunu istəyirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!