Modern.az

AFFA müsabiqənin qalib azarkeşinin adını açıqladı

AFFA müsabiqənin qalib azarkeşinin adını açıqladı

Təhsil

16 Fevral 2011, 14:39


Bu gün  British Midland International (bmi) şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əfsanəvi Azərbaycan hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş müsabiqənin qalibini elan edib. AFFA-dan Modern.az-a bildirilib ki, Vüqar İsmayılov ən çox suala ən tez düzgün cavab verdiyi üçün bmi şirkətindən Londona ikiistiqamətli billet qazanıb.

Fevralın 3-dən fevralın 10-na kimi davam edən müsabiqədə 40-dan çox insan iştirak edib. Suallar AFFA-nın İnternet səhifəsində  yerləşdirilib və Tofiq Bəhramovun həyatı, nailiyyətləri və onun Britaniyanın futbol tarixinə təsiri haqda idi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat