Modern.az

İdarəçlik Akademiyasına yüksək balla daxil olub “2” alan ikinci kurs tələbəsiymiş

İdarəçlik Akademiyasına yüksək balla daxil olub “2” alan ikinci kurs tələbəsiymiş

Təhsil

16 Fevral 2011, 14:44

Yanvarın 31-də ali məktəblərdə qış imtahan sessiyası başa çatıb. Bütün tələbələr bu sessiyanın imtahanlarında biliklərini nümayiş etdiriblər. Kimi bu sınaqdan üzü ağ çıxıb, kimisi də kəsilib.

Modern.az saytı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarından 695  bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına daxil olan I kurs tələbəsinin qış semestrində “2” qiymət aldığı barədə məlumat vermişdi.

Həmin vaxt Modern.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Dövlət İdarəçilik Akademiyanı ilə əlaqə saxlamışdı. Akademiydan xəbəri təsdiqləsələr də, həmin tələbənin adını deməmişdilər.

Qeyd edək ki, yazı saytımızda dərc olunandan sonra bu məlumatın təkzib edilməsi ilə bağlı Akademiyanın hüquqşünası Vacib Eldarovun adından redaksiyamıza məktub daxil olub. Burada göstərilir ki, yüksək balla akademiyaya daxil olan birinci kurs tələbələrindən “2” alan olmayıb.

Məsələ ilə bağlı Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirib ki, o, Akademiyanın hüquqşünası Vacib Eldarovla əlaqə saxlayıb:
“Bizim yaydığımız məlumatda səhv odur ki, həmin tələbənin birinci kursda oxuduğu göstərilib. Ancaq bu tələbə birinci deyil, ikinci kursda oxuyur. Sadəcə, biz müəyyən məsələlərə görə onun adını açıqlamadıq. Burada heç bir təkzibdən söhbət gedə bilməz. Bunu hüquqşünasın da diqqətinə də çatdırdım”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat