Modern.az

Vitse-spikerdən maraqlı TƏKLİF: “Əhali pul versə, qanunu qəbul etmək olar”

Vitse-spikerdən maraqlı TƏKLİF: “Əhali pul versə, qanunu qəbul etmək olar”

30 Sentyabr 2016, 14:02

“Neft tükənəndən sonra bizim də dövlətimiz alternativ enerji mənbələrindən istifadə edəcək. Ona görə də bununla bağlı qanun layihəsinin qəbul edilməsini təklif edirəm”.

 

Modern.az-ın xəbərinə görə, bunu bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Astan Şahverdiyev deyib.

 

Vitse-spiker Valeh Ələsgərov deputat belə cavab verib: “Bir qanun qəbul etməmişdən öncə bir suala cavab vermək lazımdır: “Pulunu kim verəcək?” Vitse-spiker söyləyib ki, alternativ enerji daha baha başa gələcək: “Əhali artıq para verməyə hazırdırsa, belə bir qanun qəbul etmək olar.

 

Amma yenə də bunun pulunu dövlət verəcəksə, şəxsən mən belə bir qanuna razı ola bilmərəm”.

 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI