Modern.az

Deputat Siyavuş Novruzov ad gününü qeyd edir

Deputat Siyavuş Novruzov ad gününü qeyd edir

17 Fevral 2011, 12:10

Bu gün Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun ad günüdür. Deputat 42 yaşının tamam edib.
Modern.az saytının məlumatına görə, Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra ali məktəbdə hüquq təhsili alıb.
Siyavuş Novruzov artıq 3-cü çağırışdır ki, Milli Məclisin mandatını daşıyır.
O, ilk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə idi.
2005-c ildə isə majoritar qaydada 5 saylı Şahbuz - Babək seçki dairəsindən millət vəkili seçilən S.Novruzov ikinci dəfə parlamentə düşə bilib.
Nəhayət 2010-cu il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə S.Novruzov 3-cü dəfə mandate qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat seçilib. O, hazırda Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. S.Novruzov eyni zamanda parlamentin İntizam komissiyasının sədridir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub