Modern.az

“Ermənistanın yeni müdafiə naziri cəbhədə əməliyyat keçirməyə çalışacaq”

“Ermənistanın yeni müdafiə naziri cəbhədə əməliyyat keçirməyə çalışacaq”

4 Oktyabr 2016, 12:50

Ötən gün Ermənistanda müdafiə naziri Seyran Ohanyan vəzifəsindən azad edilib, onun yerinə bu vəzifəyə Viqen Sarkisyan təyin olundu.

Ermənistanda gerçəkləşən sonuncu hərbi təyinatlar Qarabağ münaqişəsi ətrafında situasiyaya hansı təsiri göstərəcək?

 

Hərbi ekspert Azad İsazadə məsələ ilə bağlı Modern.az-a şərh verərək bildirib ki, bu dəfəki dəyişiklik daha çox daxili siyasətin problemlərini həll etmək üçün edilib.

 

“Bu  qruplaşmalar arasında olan toqquşmaların nəticəsidir. Aprel döyüşləri zamanı Seyran Ohanyan bacarıqsızlığı, səriştəsizliyin göstərdi. Serj Sərkisyan da “aprel döyüşləri”ndə Ermənistanın məğlubiyyətində Ohanyanı günahkar bilərək onu vəzifəsindən azad etdi. Ancaq prinsipial olaraq Azərbaycan üçün böyük bir fərq yoxdur. Ermənistan hərbiçiləri daha aqressiv, daha kompromissiz mövqe göstərdikləri üçün heç bir nəticə əldə edə bilməyəcəklər.

 

Yeni gələn hərbi rəhbər obyektiv olmalıdır. Amma aydındır ki, bu gün Ermənistan praktiki çıxılmaz vəziyyətdədir. Bir tərəfdən başa düşürlər ki, döyüşlər başlasa növbəti uğursuzluqlarla qarşılaşa bilərlər, o biri tərəfdən də kompromislərə gedə bilmirlər , çünki daxili problemlərlə qarşılaşacaqlar. Çox güman ki, bu dəyişikliklər təkcə hərbi rəhbərlikdə olmayacaq, siyasi rəhbərlikdə də dəyişikliklər olacaq”.

 

Ekspert bildirib ki, yeni hərbi rəhbərlik uğurlu əməliyyat keçirərək göstərməyə çalışacaq ki, o bu təyinata layiqlidir.

“Hər bir zaman münaqişə qızışa bilər. Bəzən risk faizi azala, bəzən isə arta bilər. Qızışmaq üçün təhlükəli məqam o ola bilər ki, daxili vəziyyət gərginləşər və hakimiyyətdə qalmaq üçün döyüşləri başlaya bilərlər”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir