Modern.az

Azərbaycanlı AŞ-nın Moldovada xüsusi nümayəndəsi olub

Azərbaycanlı AŞ-nın Moldovada xüsusi nümayəndəsi olub

17 Fevral 2011, 17:24

Bir sıra ölkələrdə Avropa Şurasının (AŞ) baş katibi Töborn Yanqlandın yeni xüsusi nümayəndələri – AŞ ofislərinin rəhbərləri təyin edilib.
Nümayəndələrdən biri də Azərbaycan vətəndaşı Ülvi Axundlu olub. O, baş katibin Moldovada xüsusi nümayəndəsi, AŞ-ın Kişinyov ofisinin rəhbəri təyin edilib. Beləliklə, Ülvi Axundlu AŞ-ın strukturlarında bu qədər yüksək vəzifəyə təyin edilmiş ilk Azərbaycan vətəndaşıdır.

34 Ulvi Axundlu bugünədək müxtəlif beynəlxalq təşkilatlarda işləyib. 2002-2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olub. 2007-ci ildən o Strasburqda Avropa Şurasının Mərkəzi Aparatının Kommunikasiyalar Departamentində KİV-in monitorinqi bölməsinə başçılıq edirdi. 2010-cu ildən Ü.Axundlu Moldovada Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsinə rəhbərlik edirdi.
Avropa Şurasının baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi vəzifəsinə isə bundan əvvəl Avropa Şurasının Belqraddakı ofisinə rəhbərlik edən yunan Konstantin Yerokostopulos təyin edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!