Modern.az

Vaqif Aydınoğlu: "“Elçin Əlibəylini ATV-nin işçisi kimi təqdim etməyin!"

Vaqif Aydınoğlu: "“Elçin Əlibəylini ATV-nin işçisi kimi təqdim etməyin!"

Media

17 Fevral 2011, 18:03

“Elçin Əlibəyli ATV kanalından indi işdən çıxarılmayıb. O öz ərizəsi ilə hələ fevral ayının 7-dən etibarən işdən çıxıb”. Bu sözləri Modern.az saytına açıqlamasında  ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu deyib.

“Elçin Əlibəylinin “Sarı gəlin” mahnısını ermənicə oxuması barədə deyilənlər fevralın 15-də olan məsələdir. Amma o, fevralın 7-dən etibarən artıq ATV-nin işçisi deyil. Ona görə erməni məsələsi ilə kanalın adının hallandırılması düzgün məsələ deyil”.

V.Aydınoğlunun sözlərinə görə bu hadisə ATV işçilərinin birinin ad günündə olub. “Həmin ad günüdə çox qonaqlar olub. Onlardan biri də Elçin Əlibəyli idi”. O, E.Əlibəylinin ermənicə mahnı oxuduğunu təsdiqləyərək "biz də belə xəbər eşitmişik" deyib.

V.Aydınoğlu Elçin Əlibəylinin adının ATV ilə hallandırılmasından narahat olduğunu bildirib.

“Mətbuatda yazarkən “ATV işçisi ermənicə mahnı oxudu” və s. yazırlar. Axı o ayın 7-dən etibarən bizim işçi deyil. Onun artıq ATV ilə heç bir əlaqəsi yoxdur”.

Elçin Əlibəyli ATV kanalından çıxsa da onun səsi hələ də anonslarda gedir. Buna kanal rəsmisi belə aydınlıq gətirib.

“Onun səsi ancaq anonslardadır. Bu da təbiidir. Axı gedən gündən onun səsini, anonsu dəyişmək mümkün deyil. İşdən çıxmasına baxmayaraq Elçin Əlibəylinin səsinin hələ də kanalda səsləndirilməsi normal haldır. Yeni səslə anonslar əvəzlənənə qədər bu belə olacaq”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür