Modern.az

ADU-nun Mətbuat xidmətinin 2 yaşı oldu

ADU-nun Mətbuat xidmətinin 2 yaşı oldu

Media

18 Fevral 2011, 10:39

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayında rəsmi olaraq yaranan İctimaiyyətlə Əlaqələr və Mətbuat xidməti artıq iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu iki il ərzində ADU-nun Mətbuat xidməti artıq tanınır və ölkə KİV-i ilə səmərəli əməkdaşlıq edir. İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətində həm mətbuat xidməti işi, həm protokol xidməti, həm veb saytla iş, həm də universitetin nəşri olan “Poliqlot” qəzetinin nəşrə hazırlanması işləri həyata keçirilir. Mübaliğəsiz demək olar ki, ali təhsil müəssisələri içərisində ADU-nun Mətbuat xidməti öndə gedir. Təsadüfi deyil ki, xidmətin səmərəli fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov universitetə təşəkkür məktubu da göndərib.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın sözlərinə görə, ADU-nun  internet saytı (www.adu.edu.az) yeni forma və məzmunda təqdim olunaraq Azərbaycan və ingilis dillərində oxucuların ixtiyarına verilib.

ADU Mətbuat xidməti Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq “Ali təhsil müəssisələrində Mətbuat xidməti: işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda dəyirmi masa ilə bir ənənə açıb və 2010-cu ilin aprel ayında “KİV-lə əlaqə” mövzusunda dəyirmi masa təşkil edib. 

Mətbuat xidmətinin həm bütün televiziyaların “Xəbərlər” departamenti ilə, həm də müxtəlif redaksiyalarla əməkdaşlığı genişlənib. Canlı verilişlərdə, səhər proqramlarında, təhsilə və cəmiyyətdə maraq doğuran məsələlərə həsr edilmiş verilişlərdə istər rəhbərlik, istərsə də ADU tələbələrinin mütəmadi çıxışları olub.

Protokol xidməti İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti tərkibində bölmə olaraq 2010-cu ilin mart ayından fəaliyyət göstərir.

ADU-nun fəaliyyəti 2010-cu il ərzində Mətbuat xidməti tərəfindən 2000 dəfədən çox ölkə KİV-də işıqlanıb.

2010-cu ildə Azərbaycan Dillər Universiteti ilin Universiteti, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində birinci yerə çıxaraq “İlin Mətbuat xidməti” adını qazanıb.

Qeyd edək ki, fevralın 21-də İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin 2 illiyi ilə bağlı tədbir keçiriləcək. Universitetin İnformasiya Resurs Kompleksində keçiriləcək tədbirdə şöbənin fəaliyyətinə işıq salınacaq, onunla sıx və mütəmadi əməkdaşlıq edən KİV nümayəndələri mükafatlandırılacaq. Eyni zamanda, universitetin nəşri olan “Poliqlot” qəzeti ilə əməkdaşlıq edən müəllim və tələbələr də hədiyyələrlə təltif olunacaqlar.

Anar Rüstəmov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!