Modern.az

Alanyada  Azərbaycan gecəsi keçirilib

Alanyada  Azərbaycan gecəsi keçirilib

6 Oktyabr 2016, 13:57

Türkiyənin Alanya şəhərində artıq on üçüncü dəfədir ki, Beynəlxalq  Caz festivalı keçirilir. Əsrarəngiz təbiəti ilə göz oxşayan  bölgə bənzərsiz tarixi abidələri ilə də məşhurdur. 

 

Bir qayda olaraq ənənəvi caz festivalınin səhnəsi Qızıl Qüllənin qarşısında qurulur. İndiyə dək bu səhnədə dünyanın müxtəlif ölkələ­rindən gələn  məşhur musiqiçilər öz məharətini dəfələrlə nümayiş etdirib. Adətən çoxsaylı tamaşaçalar arasında təkcə alanyalılar deyil, həm də şəhə­rin qonaqları olur. Bu dəfə də dili, irqi, dini fərqli  yüzlərlə insanı Aralıq dənizi sahillərində bir araya gətirən egazkar musiqi oldu. Bayramı dörd gün davam etdi. Alanya bələdiyyəsinin təkilat­çılığı ilə keçirilən Festivalın bağlanış gecəsi isə ilk dəfə olaraq bütünlüklə Azərbaycana həsr edil­mişdi. Festival çərçivəsində Alanya bələdiyyəsi və Azad Azərbaycan (ATV) televiziyasının təşkilatçılığı ilə düzənlənən Azərbaycan günü gecəsi  dövlət müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunub.

 

Tədbirə millət vəkilləri, tanınmış ziyalılar, azərbaycan diasporunun nümayəndələri də dəvət almışdı.  Ekranda  nümayiş etdirilən video filmə maraqla izləyən qonaq­lar  demək olar ki, Azərbaycana qiyabi səfər etdilər. Ölkəmizin  təbiəti,  xalqımızın milli-mənəvi sərvəti, dünəni, bugünü ilə tanış oldular. Son illərdə bir çox  mühüm beynalxalq tədbirlərin ünvanına çevrilən paytaxtımızın ye­niləşən siması  müstəqillik dövründə qazanılan uğurların parlaq göstəricisidir. ATV kanalında hazırlanan videogötüntülərin  nüma­yişindən sonra Alanya bələdiyyə başqanı Adəm Murat Yücel millət vəkilləri Nizami Cəfərovu, Qənirə Paşayevanı, Musa Qasımlını və ATV kanalının Bədii Şurasının sədri, tanınmış telejurnalist Etibar Babayevi  səhnəyə dəvət etdi.

 

Bakı səfərinin xoş təəssüratları ilə bölüşən  Başqan dostluq əlaqələrinin möh­kəmlənməsində iqtisadi bağlılıqlarla yanaşı, mədəni-kütləvi tədbirlərin, şəxsi dostluq münasibət­lərinin müstəsna  əhə­miyyətini də xüsusi vurğuladı. Adəm Yücel eyni zamanda Azərbaycan-Türkiyə Parla­ment­lər arası əlaqələr üzrə işçi qrupun üzvləri olan millət vəkillərinə, eləcə də öz efində “bir millət, iki dövlət” fəlsəfəsini daim diqqət mərkəzində saxlayan ATV kanalına dərin minnət­dar­lığını bil­dirdi.

 

 Azərbaycan nümayəndə heyətini üzvləri  Festival çərçivəsində ayrıca Azərbaycan gününün keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönü­münün  birlikdə anılması təşəbbüsünə görə  təşkilatçılara  dərin təşəkkür ifadə edərkən  bunun həm də hamıya bir  mesaj olduğunu da diqqətə çatdırdı. Millət vəkilli Qənirə Paşayeva dedi: Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimiz olduğu kimi,  Azərbaycanın da gücü sizin gücünüz, sevinci sevinciniz, kədəri kədərinizdir. Gənc nəsillərin də bu ruhda yetişməsi üçün daha da çox çalışmaq isə bizim nəslin tarixi missiyasıdır. 

 

Festivalın yekun konsertində  gənc bəstəkar və ifaçı Etibar Əsədlinin rəhbər­lik etdiyi “Baku procekt” qrupunun öz milli koloriti ilə fərqlənən caz musiqisi  böyük maraqla qarşılandı. Gənc müğənni Samirə Əfəndiyeva isə hər dəfə səhnəni  sürəkli alqışlar sədası altında tərk etdi. Gecədə klassik caz nümunələrinin  yüksək peşəkarlıqla səslənməsi də musiqi­sevərlərin diqqətin­dən yayınmadı. İki saat sürən rəngarəng konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşatdı.

 

Azərbaycan nümayəndə heyətinin işgüzar görüşləri isə Alanyada daha iki gün davam etdi. 

 

Modern.az

 

    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq