Modern.az

Nazirlik Lahıcda həşəratların niyə çoxaldığını araşdırmağa başladı

Nazirlik Lahıcda həşəratların niyə çoxaldığını araşdırmağa başladı

6 Oktyabr 2016, 14:03

İsmayıllı rayonunun Lahıc qəsəbəsində müşahidə olunan həşərat əhali və kənd təsərrüfatı üçün təhlükəli deyil. Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a məlumat verib.

 

O, nazirlik yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin məlumatına əsasən bildirib ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşərat əhali və kənd təsərrüfatı üçün təhlükəli deyil:

 

“Karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell) böcək növünə kölgəli və nəmli yerlərdə - otluq və kolluqlarda, daşların altında, qopmuş qabıq və mamır üzərində rast gəlinir. Əsasən alatoran vaxtlarında aktivlikləri yüksək olur, termal su sahələri ətrafında daha sıx toplanır. Təbiətdə həşəratlar arasında az rast gəlinən qışı aktiv keçirmək qabiliyyətinə malikdir.

 

Torpaq üzərində bitki qalıqlarının çürüntüləri altındakı kiçik həşəratlarla qidalanan bu böcəklər kənd təsərrüfatı bitkilərinin zərərvericiləri deyil və insan sağlamlığı üçün heç bir təhlükə daşımırlar”.

 

M.Hacıyev deyib ki, hazırda həşəratların kütləvi çoxalmalarının səbəbi araşdırılır.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub