Modern.az

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Aktual

6 Oktyabr 2016, 15:22

Gündüz saatlarında Bakı şəhərində yanğın faktı qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan bir otaqlı mənzildə 2 m2 sahədə döşəmə və 1 ədəd xalça qismən yanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 12:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür