Modern.az

Qənirə Paşayeva: “Bu nə dəhşət, bu nə əxlaqsızlıqdır?

Qənirə Paşayeva: “Bu nə dəhşət, bu nə əxlaqsızlıqdır?”

6 Oktyabr 2016, 16:10

Millət vəkili Qənirə Paşayeva Cəlilabad rayonunda 14 yaşlı qızın öz bacısının əri (yeznəsi) tərəfindən qaçırılmasını dəhşətli hadisə adlandırıb.

Modern.az saytı xəbər verir ki, deputat hüquq-mühafizə orqanlarını 14 yaşlı qızın atasının çağrışlarına biganə qalmamağa səsləyib:

“Bu məsələyə, atanın çağırışına hüquq-mühafizə orqanları ciddi yanaşmaldıır. Bu nə dəhşətdir? Bu nə əxlaqsızlıqdır? İnsan da öz baldızına bu cür yanaşa bilərmi? Bunu edən insanın əxlaq dəyərləri bitmişdir. 14 yaşlı bir qız uşağının yoldan çıxarılması, qaçırılmasına qarşı ciddi tədbirlər görülməlidir. Məni ən çox üzən isə əgər belə bir açıqlama veribsə, oğlanın anasının, yaxınlarının söylədikləridir.
Dəhşətli bir hadisədir. İnsanlarda ailəsnin içərisinə buraxdığı ən yaxın adamlarla bağlı şübhələr doğura biləcək qədər dəhşətli bir hadisə. Mənəviyyat və əxlaq normaları ilə bağlı gənc nəsillərimizə ciddi maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Valideynlərin uşaqları ilə bağlı hər bir şübhəli məqam, hər bir kiçik də olsa xəbərdarlığa belə, ciddi yanaşmasının vacibliyi çox önəmlidir. Çox qəribə bir dövrdən keçririk... Ağlımıza belə gətirmək istəmədiyimiz şeyləri çox yaxınlığımızda baş verən xəbər kimi oxuyuruq. Üzücüdür. Uşaqlarla bağlı daha çox diqqətli olmalıyıq ailəmizdən,çevrəmizdə başlayaraq”.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir