Modern.az

Tbilisidə ABŞ səfirliyinə Saakaşvilinin müqəvvası olan tabut gətirildi

Tbilisidə ABŞ səfirliyinə Saakaşvilinin müqəvvası olan tabut gətirildi

Aktual

6 Oktyabr 2016, 17:01

“Bizim vətən” müxalifət blokunun üzvləri  və onun tərəfdarları ABŞ-ın Tbilisidəki səfirliyinə eks-prezident Mixail Saakaçvilinin müqəvvası qoyulan tabut gətiriblər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçılarının əllərində qırmızı tabutla birgə həbsxanalardakı zorakılığın simvolu hesab etdikləri süpürgələr də olub.

Fəalların sözlərinə görə, Saakaşvilini Birləşmiş Sştatlar “yaradıb”.

“Bizim vətən”in üzvləri səfirliyə gəlməzdən əvvəl  Saakaşvilinin yaratdığı “Vahid milli hərəkat” partiyasının qərargahının qarşısına yığışıblar. Aksiya zamanı fəallarla “Vahid milli hərəkat”ın tərəfdarları arasında sözlü mübahisə də düşüb.

“İstəyirəm ki, oktyabrın 8-də (Gürcüstanda parlament seçkiləri keçiriləcək) biz yaxşı düşünək. Gürcüstanı ABŞ idarə edir və onlar hər şeyi edirlər ki, bizim ölkənin sahibi olsunlar, cavanları xaricə aparmağa cəhd edirlər. Biz bunun əleyhinəyik”, - “Bizim vətən”in lideri Zviad Çitişvili bəyan edib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!