Modern.az

Yunus Emre İnstitutunun nümayəndələri bu universitetdə kurslar təşkil edəcəklər

Yunus Emre İnstitutunun nümayəndələri bu universitetdə kurslar təşkil edəcəklər

Aktual

6 Oktyabr 2016, 16:45

Bu gün Türkiyənin Yunus Emre İnstitutunun nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrlə görüşüblər. İnstitutun müdiri İbrahim Yıldırım tələbələri salamlayaraq rəhbərlik etdiyi qurum barədə məlumat verib. O bildirib ki, Yunus Emre İnstitutu Türkiyənin tanınmış təhsil ocaqlarından biridir, türk dilini və mədəniyyətini təbliğ edir, dünyanın 46 ölkəsində institutun mərkəzləri fəaliyyət göstərir. 4 ildir ki, Azərbaycanda Türk Mədəniyyət Mərkəzi kimi xidmət göstərdiklərini deyən İ.Yıldırım bu günə qədər 2200 tələbənin onlara müraciət etdiyini qeyd edib. Tələbələrlə görüşlərinin məqsədini açıqlayan qonaq Mövlanə mübadilə proqramları çərçivəsində Türkiyədə təhsil almaq istəyən bakalavr, magistrlər və doktorantlara türk dilini öyrətmək və Türkiyədəki bütün universitetlərdə qəbul olunan TYS (türkcə yetərlik sınavı) sertifikatını əldə etmək istəyənlərə yardımçı olmaq istədiklərini vurğulayıb.

 

İnstitutun tanıtımı məqsədiylə hazırlanmış video-rolikin təqdimatından sonra çıxış edən koordinatoru Əliihsan Çevik bildirib ki, kursu bitirən tələbələrə verilən TYS sertifikatı Türkiyənin bütün universitetlərində keçərlidir. O, dil kursları barədə geniş məlumat verib, qeyd edib ki, kurslarda yazı və qrammatik təlimlər keçirilmir, yalnız şifahi ədəbi dil öyrədilir, tədris prosesində fərqlənən fəal tələbələr pulsuz oxuyurlar. Sınaqlar ildə 3 dəfə - yanvar, may və sentyabr aylarında keçirilir, kurslar 3 aylıqdır.

 

Görüşün sonunda qonaqlar İnstitutun Bakı şöbəsində keçiriləcək layihələr barədə də tələbələrə məlumatlar veriblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir