Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli xanım Kalyulayd, Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Modern.az