Modern.az

Novruz Məmmədov bəzi səfirləri “vurdu”

Novruz Məmmədov bəzi səfirləri “vurdu”

Aktual

7 Oktyabr 2016, 12:15

“Bəzi dövlətlərin geosiyasi maraqları əsas götürülür və bu, çox pisdir. Afrikada baş verən hadisələrdə Azərbaycanın rolu yoxdur, bu, müəyyən dövlətlərin geosiyasi maraqlarının nəticəsidir”.

Modern.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda deyib. 

N.Məmmədov bildirib ki, xarici əlaqələr şöbəsi Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı kitab hazırlayanda bəzi ölkələrin səfirləri öz fikirlərini yazmayıb:

“Bu da bir göstəricidir. Mən diplomat deyiləm. Ancaq dünyadakı qeyri-sabitlikdən böyük dövlətlər nə qazanır? Böyük dövlətlər prosesləri elə dalana aparır ki, oradan çıxmaq mümkün olmur. İnam, etimad, anlaşma aradan qalxır və bu, narahatlıq doğurur".

 Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan uğurlu siyasət aparır:

“Bizim manevr imkanlarımız kifayət qədər yüksəkdir”.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür