Modern.az

Sentyabrda 752 243 ədəd mina və PHS aşkarlandı

Sentyabrda 752 243 ədəd mina və PHS aşkarlandı

Aktual

7 Oktyabr 2016, 12:27

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sentyabr ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarinin gedişi barədə hesabatı açıqlayıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, 2016-cı ilin sentyabr ayı ərzində 2 670 572 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Bildirilib ki, əməliyyatlarda 498 nəfər əməliyyat heyəti və 124 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 388 380 893 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 243 -dir.

Sentyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmadığı qeyd edilib.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?