Modern.az

“Azərsun” prezidenti: “Dövlətin imkanı var ki, bu borcu ….”

“Azərsun” prezidenti: “Dövlətin imkanı var ki, bu borcu ….”

7 Oktyabr 2016, 13:15

“Azərsun Holding”in prezidenti Abdulbari Gözəl ölkədə yaşanan iqtisadi durumla bağlı media nümayəndələri üçün mətbuat konfransı keçirir.

 

Modern.az  xəbər verir ki, A. Gözəl jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın elə də böyük borcu yoxdur:

 

“Dövlətin imkanı var ki, bu borcu ödəsin. Mətbuat yeni sənayeni dəstəkləməlidir ki, onlar da güclü olub mətbuata reklam versin. Bizim sizin dəstəyinizə ehtiyacımız var".

 

Şirkət rəhbəri bildirib ki, təmas xəttində baş verən hadisələrdə uğur qazanılmasında əsas vasitəçilərdən biri də "Azərsun Holding" olub: "Bundan öncə ermənilərlə baş verən hadisələr zamanı bizə tapşırdılar ki, filan yüksəkliyə ərzaq çatdırmalısız. Biz gecə ilə onu etdik və bizə medal göndərdilər".

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır